Ahıska türklərinin sürgünlük salnaməsi

22.08.2026

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Milli Azərbaycan Tarixi Muzeyində “Ahıska türkləri – itmiş sürgünün izində” sərgisinin açılışı olub.

Sərgi Türkiyə Xarici İşlər Nazirliyi və Dünya Ahıska Türkləri Birliyinin əməkdaşlığı çərçivəsində hazırlanıb. Sərgi 1944-cü ildə Ahıska türklərinin doğma torpaqlarından deportasiya edilməsinin tarixi və nəticələrinə həsr olunub. Ekspozisiyada Ahıska türklərinin sürgün zamanı və sonrakı dövrlərdə yaşadıqları hadisələri əks etdirən tarixi sənədlər, fotoşəkillər və şahidliklər təqdim olunur.

Sərginin əsas məqsədi Ahıska türklərinin yaşadığı sürgün faciəsinin tarixi yaddaşda qorunması, onların milli və mədəni kimliyinin gələcək nəsillərə çatdırılması, eləcə də bu tarixi hadisəyə ictimai diqqətin artırılmasıdır. Ekspozisiyada sürgünün yalnız tarixi hadisə kimi deyil, bir xalqın doğma torpağı, kimliyi, mədəniyyəti və yaddaşı ilə əlaqəsi kontekstində təqdim edilməsinə xüsusi diqqət yetirilir

Tədbirdə Dünya Ahıska Türkləri Birliyinin sədri Ziyəddin Kassanov, Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Səadət Yusifova, Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün və Ahıska türklərinin nümayəndələri çıxış edərək tarixi yaddaşın qorunması və bu cür sərgilərin təşkilinin gənc nəsillərin öz tarixini daha yaxından tanıması baxımından əhəmiyyətli olduğunu bildiriblər.

Sərgi bu baxımdan mühüm mədəni layihə kimi qiymətləndirilir. Bakıda nümayiş olunduqdan sonra sərgi Türkiyədə davam edəcək.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью