Ahmet Çakar: “Qarabağ”ın heyətinin dəyəri “Qalatasaray”dan 10 dəfə azdır”

30.01.2026

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Qarabağ"ın heyətinin dəyəri nə qədərdir? 28 milyon avro". Sport24.az xəbər verir ki, bu sözləri türkiyəli keçmiş hakim Ahmet Çakar "Sky Sport Türkiyə"nin efirində deyib.

Ekspert ölkəsinin "Qalatasaray" klubunu "Qarabağ" və Norveç təmsilçisi "Bodo Qlimt"lə müqayisə edib: "Qalatasaray"ın heyətinin dəyəri 280 milyondur.

Bu "Qarabağ"ın 10 qatıdır. Osimhen üçün 75 milyon avro ödəmisən. "Mançester Siti" Erlinq Holanda görə o qədər məbləğ verməyib. Donnarumanın transfer qiyməti qədər Uğurcan Çakıra ödədin. "Qalatasaray" Liqa mərhələsini 20-ci, "Qarabağ" 22-ci pillədə başa vurdu".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью