Ahmet Kayadan sonra daha bir iddia: Mahnıya qadağa qoyuldu

18.12.2024

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Adelin "Million Years Ago" mahnısının "oğurluq” olduğunu iddia edən Toninyo Geraes 160 min dollar təzminat tələb edib. 

“Cebheinfo.az” xəbər verir ki, braziliyalı hakim "Million Years Ago" mahnısını "plagiat" iddiası ilə bütün dünyada, o cümlədən internet xidmətlərindən çıxarılmasına qərar verib. Hakim “Sony” və “Universal” musiqi şirkətlərinə mahnıdan heç bir platformada istifadə olunmaması barədə xəbərdarlıq edib. Geraes mahnının müəllif hüququna görə 160 000 dollar təzminat tələb edir. Musiqi şirkətlərini isə hər pozuntuya görə 8 000 dollar cərimə gözləyir. 

Qeyd edək ki, Adelin 2015-ci ildə işıq üzü görən "25" adlı albomunda yer alan mahnı daha əvvəl Ahmet Kayaya aid olduğu iddiası ilə gündəmə gəlmişdi. “Million Years Ago” mahnısı ilə 1985-ci ildə Ahmet Kayanın ifa etdiyi "Acılara Tutunmak" mahnısının oxşarlığı Türkiyədə xüsusilə sosial mediada böyük müzakirələrə səbəb olmuşdu.

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью