Ahu Tuğbanın ölüm səbəbi məlum oldu

16.11.2024

Publika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Yeşilçam"ın əfsanəvi simalarından olan Ahu Tuğbanın meyitinin yarılması nəticəsində ölüm səbəbi məlum olub.

Publika.az xəbər verir ki, aktrisa sentyabrın 1-də ABŞ-da qızı Anjelik Kalvin ilə birlikdə yaşadığı evdə dünyasını dəyişib.

Tuğbanın cənazəsi Türkiyə Hava Yollarının (THY) təyyarəsi ilə ABŞ-dan vətəninə gətirilib.

Sənətçinin qızı anasının ölümü ilə bağlı “Magazinesortie”yə danışıb:

“Öldükdən sonra sağ gözündə və ağzında qan var idi. Yarılma aparılmasını mən istədim. Bunun nəticəsində təbii ölüm olduğu bildirildi. Səbəb hipertonik ürək-damar xəstəliyi olub. Qan təzyiqinin yüksəlməsi nəticəsində hipertoniya ölümə səbəb olub”.

Roza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью