Aİ 20 dən çox iranlının aktivlərini donduracaq

29.01.2026

Ayna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"İran xalqının dinc üsyanına qarşı dözülməz repressiyalar cavabsız qala bilməz”

Brüsseldə keçirilən Avropa İttifaqı (Aİ) Xarici İşlər Şurasının iclasında İrandakı repressiyalara görə məsuliyyət daşıyanlara, o cümlədən hökumət rəsmilərinə, prokurorlara, polis rəislərinə, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndələrinə və internetin bloklanmasında iştirak edənlərə qarşı sanksiyalar tətbiq olunacaq. AYNA.AZ xəbər verir ki, bu barədə Fransa xarici işlər naziri Jan-Noel Barrot deyib.

Fransa xarici işlər naziri jurnalistlərə bildirib ki, "İran xalqının dinc üsyanına qarşı dözülməz repressiyalar cavabsız qala bilməz. İranın cəsur kişi və qadınları zorakılığın qurbanı olublar və bu qurbanlar əbəs yerə olmamalıdır. Buna görə də bu gün bu repressiyalara görə məsuliyyət daşıyanlara qarşı Aİ sanksiyaları tətbiq edəcəyik".

Barrot 20-dən çox iranlının aktivlərinin dondurulacağını və onların Avropa Birliyinə girişinin qadağan ediləcəyini açıqlayıb: "Çox güman ki, daha da irəli getməli olacağıq və buna görə də Fransa dünən SEPAH-ın Aİ-nin terror təşkilatları siyahısına daxil edilməsini dəstəkləyəcəyini açıqladı. Törədilən cinayətlər cəzasız qalmamalıdır”.

Nazir həmçinin qeyd edib ki, Fransanın mövqeyi İran hakimiyyətinə rejim tərəfindən həbsdə olan on minlərlə məhbusu azad etməyə, edamları dayandırmağa və İranın müasir tarixində ən qəddar olan davam edən repressiyaya son qoymağa çağırışdır.

"Paris həmçinin rabitə və internetə çıxışın bərpasına və İran xalqının öz gələcəyini təyin etmək qabiliyyətinin bərpasına çağırır", - deyə o əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью