Missiya.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Avropa İttifaqı (Aİ) Rusiyanın təcavüzü fonunda Ukraynanın yardıma ehtiyac olduğunu anlayaraq, 2026-cı ildən sonrakı dövrdə ölkəyə gələcək maliyyə dəstəyi məsələsini artıq müzakirə edir.
Missiya.Az "Ukrinform"a istinadən xəbər verir ki, bunu iyulun 8-də Brüsseldə Aİ-nin İqtisadi və Maliyyə Məsələləri üzrə Şurasının iclası başlamazdan əvvəl jurnalistlərə Danimarkanın iqtisadiyyat naziri Stefani Lohse deyib.
“Biz bilirik ki, Ukraynanın 2026-cı ilə qədər maliyyəsi olacaq, lakin bizə o da məlumdur ki, növbəti dövr üçün maliyyə vəsaiti tapmalıyıq”, - hökumət rəsmisi qeyd edib.
Zərintac Mayisqızı
Missiya.Az