Aİ 2035 ci ilin sonuna qədər silahlanmaya 6,8 trilyon avro xərcləməlidir

10.02.2026

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Avropa İttifaqı (Aİ) ölkələri hərbi xərcləri ÜDM-in 5%-nə çatdırmaq öhdəliklərini yerinə yetirmək üçün 2035-ci ilin sonuna qədər silahlanmaya 6,8 trilyon avro xərcləməli olacaqlar. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Strasburqda keçirilən Avropa Parlamentinin iclasında Avropa müdafiə və kosmik komissarı Andrius Kubilius bildirib.

Kubilius qeyd edib: "2035-ci ilin sonuna qədər Aİ ölkələri NATO öhdəliklərini yerinə yetirmək üçün müdafiəyə 6,8 trilyon avro xərcləməli olacaqlar". 

Onun sözlərinə görə, Avropa Komissiyası icma ölkələrinin əsas vəzifəsini silah istehsalı, təmiri və onların baxımı hesab edir.

Zeynəb Rzayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью