Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Sosial şəbəkələrdə “SOCAR”, “Azpetrol” və “LUKOİL”ə məxsus ayrı-ayrı yanacaqdoldurma məntəqələrində “Aİ-92” markalı benzinin keyfiyyətinin fərqli olması, “LUKOİL”də daha keyfiyyətsiz benzin satılması barədə iddialar var.
KONKRET.az xəbər verir ki, bu barədə Pravda.az-ın sualını cavablandıran Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə deyib ki, Azərbaycanda bir Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu, bir də Bakı Neft Bazası var.
“Yəni neft məhsulları buradan yanacaqdoldurma məntəqələrinə bölüşdürülür.
Heydər Əliyev adına Zavoddan boru ilə Bakı Neft Bazasına gəlir, buradan isə 20-30 tonluq məhsul yeraltı çənlərə doldurulur.
Ayrı-ayrı yanacaqdoldurma məntəqələrində benzin necə fərqli ola bilər? Məsələn, arağı fərqli istehsal etmək olar.
Biri Xırdalanda istehsal olunur, digəri şadlıq evinin zirzəmisində… Azərbaycanda mini, yəni kiçik neftayırma zavodları olmayıb və yoxdur.
Bir qurğumuz var, oradan yanacaq çıxır. Necə olur ki, benzinin fərqli-fərqli keyfiyyəti olur?