Aİ 95 in qiyməti ilə bağlı mühüm AÇIQLAMA

27.01.2026

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda yüksək oktanlı yanacaq istehsalının kəskin azalması fonunda dizel yanacağına olan marağın artması daxili bazarda yeni qiymət müzakirələrinə yol açıb.
Demokrat.az xəbər verir ki, Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli nocomment.az-a açıqlamasında bildirib ki, ölkənin yanacaq bazarındakı son vəziyyəti və "Aİ-95" markalı benzinin gələcək taleyini şərh edib. O bildirib ki, yerli neft emalı sənayesində modernləşmə işlərinin hələ tamamlanmaması istehsalın strukturuna birbaşa təsir göstərir.
Dövlət Statistika Komitəsinin son hesabatları göstərir ki, 2025-ci ilin ilk doqquz ayında "Aİ-95" markalı benzinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 45 faizdən çox geriləyərək cəmi 13,8 min tona düşüb. Bunun tam əksinə olaraq, dizel yanacağının istehsalında ciddi sıçrayış qeydə alınıb. Belə ki, ilin 11 ayı ərzində 2 milyon 329 min tondan çox dizel istehsal edilib ki, bu da 18 faizdən artıq artım deməkdir.
Ekspert Akif Nəsirli bu fərqi texnoloji amillərlə izah edir: "Ölkədə dizel yanacağının istehsalı texnoloji baxımdan daha asan və daha ucuz başa gəlir. Halbuki 'Aİ-95' kimi yüksək oktanlı benzin növləri üçün daha mürəkkəb emal prosesləri tələb olunur. Bu isə istehsal xərclərini artırır və zavodları dizelə üstünlük verməyə vadar edir".
İqtisadçı qeyd edir ki, daxili tələbatın böyük hissəsi yük daşımaları, kənd təsərrüfatı və tikinti sektorlarına görə məhz dizel yanacağına yönəlib. Lakin "Aİ-95" istehsalının azalması xaricdən idxalı stimullaşdırır ki, bu da birbaşa qlobal bazar qiymətlərindən asılılıq yaradır. Nəsirli əlavə edib ki, "Aİ-95" benzininin qiymətinin sabit qalması uzunmüddətli perspektivdə çətin görünür.
Ekspertin fikrincə, hazırda iki seçim mövcuddur: "Ya idxalı genişləndirmək və büdcədən əlavə subsidiyalar ayırmaq, ya da qiymət artımına getmək. Birinci variant büdcə üçün əlavə yük yaradır, ikinci variant isə sosial narazılıq riskini artırır. Buna görə də yaxın aylarda kəskin qiymət artımı ehtimalı yüksək olmasa da, orta müddətli dövrdə benzinin bahalaşması real ssenari kimi dəyərləndirilə bilər".
Yəni, əgər siz "Aİ-95" markalı benzinlə işləyən avtomobil idarə edirsinizsə, daxili istehsalın azalması gələcəkdə yanacaq xərclərinizin artması ehtimalını gücləndirir.ben
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью