Aİ ABŞ a vacib metallar üçün tərəfdaşlıq təklif edəcək

04.02.2026

Icma.az xəbər verir, Banco.az saytına əsaslanaraq.

Müəllif: Tamara Mustafayeva, Banco.az

Aİ ABŞ-a vacib metallar üçün tərəfdaşlıq təklif edəcək.

Banco.az xəbər verir ki, “Bloomberg News”un mənbələrə istinadən yaydığı xəbərə görə, Avropa İttifaqı üç ay ərzində “Strateji Tərəfdaşlıq Yol Xəritəsi” hazırlamaq məqsədilə ABŞ ilə anlaşma memorandumu imzalamağa hazırlaşır.

Bu tərəfdaşlıq Çindən asılı olmadan müasir texnologiyalar üçün zəruri olan kritik mineralların təmin edilməsi istiqamətində ortaq yol tapmağı hədəfləyir. Həm ABŞ, həm də Avropa İttifaqı bol və ucuz Çin minerallarından asılı vəziyyətə düşüb ki, bu da Pekinə tədarük zəncirləri üzərində üstünlük qazandırıb. Mənbələr bildiriblər ki, təklif bu asılılığın azaldılması üçün müxtəlif mexanizmləri əhatə edir.

“Bloomberg News”un məlumatına görə, ABŞ və Avropa Birliyinin icraedici orqanı olan Avropa Komissiyası tərəfindən bu gün dərc edilməsi gözlənilən ayrıca layihəyə əsasən, tərəflər danışıqları qarşıdakı 30 gün ərzində yekunlaşdırmağı planlaşdırır.

Layihədə Avropa İttifaqı və ABŞ-nin birgə kritik mineral layihələrinin, eləcə də qiymətlərin dəstəklənməsi mexanizmlərinin araşdırılması təklif olunur. Bundan əlavə, hər iki bazarın kənardan daxil olan mineralların həddindən artıq təklifi və digər bazar manipulyasiyalarından qorunması üçün yollar irəli sürülür.

Bizi sosial şəbəkələrdən izləyin!!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью