Aİ ABŞ gərginliyi dərinləşir: Brüssel strateji muxtariyyət kursuna keçir | Icma.az
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Avropa Komissiyasının sədri Ursula fon der Leyenin “Avropa İttifaqı ABŞ-dən asılılığı azaltmalıdır” mesajı Brüsselin transatlantik münasibətlərdə daha müstəqil siyasi xətt formalaşdırmaq niyyətində olduğunu göstərir.
Bu çağırış Aİ-nin “strateji muxtariyyət” hədəfinin nə dərəcədə real olduğu və hansı sahələrdə ABŞ-dən ayrışmanın mümkünlüyü suallarını gündəmə gətirir.Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, son aylarda Avropa İttifaqı ilə ABŞ arasında gərginlik artmaqdadır və bu prosesin kökləri Donald Trampın hakimiyyəti dövrünə gedib çıxır.
Onun sözlərinə görə, ABŞ-nin militarizasiya konsepsiyası və imzalanmış sənədlərdə əks olunan yeni prioritetlər tərəflər arasında fikir ayrılıqlarını daha da dərinləşdirib.Politoloq qeyd edib ki, xüsusilə son bir ayda Qrenlandiya ilə bağlı məsələlərdə Vaşinqton və Brüssel arasında ciddi qarşıdurma müşahidə olunur.
ABŞ Prezidenti bu mövzuda kifayət qədər sərt mövqe nümayiş etdirir və Danimarkanın mövqeyini dəstəkləyən 8 ölkəyə qarşı 10 faiz gömrük tarifi tətbiq edib.
Tariflərin 1 fevraldan qüvvəyə minəcəyi, vəziyyət gərginləşdiyi təqdirdə bəzi ölkələr üçün bu rüsumların 25 faizə qədər artırıla biləcəyi bildirilir.
Aİ isə cavab addımı olaraq ABŞ-dən idxal olunan mallara eyni səviyyədə gömrük rüsumlarının tətbiqini nəzərdən keçirir.Oqtay Qasımov: Təhlükəsizlik arxitekturasını formalaşdırması üçün ən azı 4–5 ilə ehtiyac varOqtay Qasımovun sözlərinə görə, ABŞ-dən asılılığın azaldılması Aİ üçün mürəkkəb prosesdir.
Təxminən 80 il ərzində ABŞ Avropanın təhlükəsizliyini təmin edən əsas güc kimi çıxış edib.
Tam oxu
Xəbəri oxu