Aİ ABŞ ın tariflərinə reaksiya verir

24.05.2025

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Avropa İttifaqının (Aİ) ticarət üzrə komissarı Maros Şefçoviç bəyan edib ki, Aİ ilə ABŞ arasında ticarət danışıqları təhdidlərlə deyil, qarşılıqlı hörmətlə aparılmalıdır.

Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın Aİ-yə 50 faizlik gömrük rüsumunun tətbiq edilməsini təklif etməsindən sonra Şefçoviç sosial media hesabında bu paylaşımı edib.

ABŞ-ın ticarət naziri Hovard Lutnick və ticarət nümayəndəsi Jamieson Greer ilə görüşlər keçirdiyini bildirən Şefçoviç, AB-nin hər iki tərəfə fayda verəcək ticarət razılaşması etməkdə qərarlı olduğunu vurğulayıb. "Aİ-ABŞ ticarəti unikaldır və təhdidlərə deyil, qarşılıqlı hörmətə əsaslanmalıdır", - deyə Şefçoviç qeyd edib.

AB Komissiyasının ticarət razılaşması üzərində vicdanla işləməyə hazır olduğuna diqqət çəkən Şefçoviç: "Biz maraqlarımızı müdafiə etməyə hazırıq", - deyə mesajda qeyd edib.

ABŞ prezidenti Tramp "Truth Sosial" sosial media hesabında etdiyi paylaşımda AB ilə ticarət danışıqlarının heç bir nəticə vermədiyinə diqqət çəkib və bunları qeyd edib: "Ona görə də mən iyunun 1-dən Aİ-yə birbaşa 50 faizlik tarif təklif edirəm. Əgər məhsul ABŞ-da yığılarsa və ya istehsal olunarsa, heç bir tarif olmayacaq".

ABŞ-ın Maliyyə Naziri Skott Bessent də Trampın Aİ-nin ticarət danışıqlarındakı təkliflərinin digər əsas ticarət tərəfdaşlarından olan təkliflərlə eyni “keyfiyyətli” olmadığını düşündüyünü və Birliyə qarşı son tarif elanlarının “AB-ni hərəkətə keçirməyə təşviq edəcəyinə” ümid etdiyini bildirib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью