Aİ ABŞ mallarına qarşı cavab rüsumları hazırlayıb

14.07.2025

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Avropa Komissiyası cavab rüsumlarının tətbiqi üçün ABŞ-dən 70 milyard avro dəyərində malların siyahısını Avropa İttifaqı (Aİ) ölkələrinə təqdim edib".

Oxu.Az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bunu ticarət üzrə avrokomissar Maroş Şefçoviç Aİ-nin xarici işlər və xarici ticarət nazirlərinin görüşünün yekunlarına dair keçirilmiş mətbuat konfransında deyib.

Şefçoviç onların tətbiqinin avqustun 1-dək tətbiq olunmayacağını vurğulayıb.

Xatırladaq ki, iyulun 12-də ABŞ Prezidenti Donald Tramp avqustun 1-dən Aİ-dən gətirilən mallara 30 faizlik rüsum tətbiq ediləcəyini bəyan edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью