Icma.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
AzVision.az Böyük Britaniyanın “Financial Times (FT)” nəşrinə istinadən xəbər verir ki, ABŞ-yə səfər edən avropalı məmurlara indi birdəfəlik telefonlar və yüngül noutbuklar verilir.
“Avropa İttifaqı (Aİ) rəsmiləri Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının (DB) aprelin 21-dən 26-dək Vaşinqtonda keçiriləcək yaz sessiyası öncəsi yeni təlimatlar alıblar.
Nümayəndə heyətinə üç Avropa komissarı daxil olacaq”, - vəziyyətlə tanış olan dörd mənbə nəşrə bildirib.
Yeni təhlükəsizlik tədbirləri üçüncü ölkələrdən kibercasusluq təhlükəsi səbəbindən şəxsi elektronikadan istifadənin qadağan edildiyi Çin və ya Ukraynaya səfərlər üçün istifadə olunan protokollar arasında atılan bir addımdır.
Brüssel indi Vaşinqtonun da AK-nin sistemlərinə çıxış əldə etməyə cəhd göstərə biləcəyindən narahatdır.
- Onlar həqiqətən də ABŞ-nin AK-nin sistemlərinə nüfuz edə biləcəyindən narahatdırlar”, - avropalı məmurlardan biri deyib.
AK təhlükəsizlik protokollarının nəzərdən keçirildiyini təsdiqləsə də, məsələnin təfərrüatlarını açıqlamayıb.