Aİ anti Rusiya sanksiyalar paketinin müzakirəsinə başlayıb

15.07.2025

Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Avropa İttifaqı 19-cu anti-Rusiya sanksiyalar paketi ilə bağlı qeyri-rəsmi müzakirələrə başlayıb.

Bu barədə Çexiya Parlamentinin deputatı Tomas Zdeçovski “İzvestiya”ya bildirib.

"19-cu paketlə bağlı müzakirələr ilkin və qeyri-rəsmi mərhələdə olsa da, artıq davam edir. Əsas problem sanksiyaların ağırlığıdır - siyasi yox, texniki. 18-ci paketdən sonra sanksiyaların aşkar hədəflərinin əksəriyyətinə məhdudiyyətlər qoyuldu.
İndi diqqət nəzarətin gücləndirilməsinə, ikinci dərəcəli məhdudiyyətlərin genişləndirilməsinə və ixrac-idxal nəzarətinə aydınlıq gətirilməsinə yönəlib”, - Zdeçovski bildirib.

Cavid

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью