Aİ Aralıq dənizində Rusiya gəmisini yoxlayıb

01.09.2026

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas "X" sosial şəbəkəsində yazıb. Onun sözlərinə görə, avqustun 30-da Aralıq dənizində Aİ-nin əməliyyatı çərçivəsində beynəlxalq dəniz hüququnu pozmaqda şübhəli bilinən "MV SUN" tankerində yoxlama aparılıb. Onun sözlərinə görə, "EUNAVFOR MED IRINI" qüvvələri gəminin bayrağını yoxlayır. Kallas qeyd edib ki, bu, son aylar ərzində Aİ bölmələrinin göyərtəsinə qalxdığı, Rusiyanın "kölgə donanması"na məxsus olmaqda şübhəli bilinən artıq altıncı gəmidir.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью