Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
Avropa İttifaqı (Aİ) sammitinin iştirakçıları buzqıran gəmilər də daxil olmaqla, Arktika döyüşləri üçün uyğun silah və hərbi texnikanın alınmasına başlamaq qərarına gəliblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Qrenlandiya ətrafındakı vəziyyətlə bağlı Aİ-nin fövqəladə sammitindən sonra bildirib.
AK prezidentinin bəyanatı AK-nın saytında dərc olunub.
Onun sözlərinə görə, Aİ uzun müddətdir ki, Arktikanın təhlükəsizliyinə ciddi şəkildə az investisiya qoyub. Ancaq bu problem Avropa müdafiə fondlarından istifadə etməklə aradan qaldırılacaq.
“Biz uzun müddətdir ki, Arktikanın təhlükəsizliyinə kifayət qədər investisiya qoymamışıq və indi bunu müdafiə vəsaitlərimizlə aradan qaldırmaq niyyətindəyik. Biz buzqıran gəmilər də daxil olmaqla, Arktika üçün hazır silah və avadanlıqlar almaq niyyətindəyik”, - AK rəhbəri əlavə edib.
Qeyd edək ki, bundan əvvəl fon der Lyayen bildirmişdi ki, Avropa İttifaqı bu il öz təhlükəsizlik strategiyasını qəbul edəcək və bu strategiyaya Arktika üçün yeni strategiya da daxil olacaq.
AK rəhbəri qeyd etmişdi ki, Aİ-nin təhlükəsizlik strategiyası suveren dövlətlərin öz gələcəklərini müstəqil şəkildə müəyyən etmələri prinsipinə əsaslanacaq.