Aİ Arktikada müdafiə xərclərini artıracaq

23.01.2026

Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bildirib ki, Aİ sammiti buzqıran gəmilərin alınması da daxil olmaqla, Arktika zonasında hərbi əməliyyatlar üçün silah və hərbi texnikanın alınmasını artırmaq qərarına gəlib.

Xalqcebhesi.az xəbər verir ki, bu, Qrenlandiya ətrafındakı vəziyyətə həsr olunmuş fövqəladə Aİ sammitindən sonra verilən açıqlamada qeyd edilib.

"Biz uzun müddətdir ki, Arktika təhlükəsizliyinə kifayət qədər investisiya qoymamışıq və indi bunu müdafiə vəsaitlərimizlə düzəltmək niyyətindəyik. Biz buzqıran gəmilər də daxil olmaqla, Arktikaya hazır silah və avadanlıqlar almaq niyyətindəyik", - deyə o qeyd edib.

Məryəm Quliyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью