Aİ Baltikyanı dron divarını maliyyələşdirməkdən imtina edib

08.04.2025

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Litva və Estoniya sərhədləri boyunca müşahidə və pilotsuz uçuş aparatları sisteminin quraşdırılması layihəsi üçün Avropa İttifaqından (Aİ) maliyyə almayacaq.

Bizimyol.info xəbər verir ki, Litvanın "LRT" telekanalının verdiyi məlumata görə, Estoniyanın əsas ərizəçi olduğu iki ölkənin birgə müraciəti təsdiqlənməyib.

Qeyd edilir ki, "Dron divarı" təşəbbüsü 2024-cü ilin mayında elan edilib. O zaman Litvanın daxili işlər naziri Aqne Bilotayte bildirmişdi ki, Baltikyanı ölkələr düşmən PUA-larından müdafiəni təmin etməli və sərhəddə nəzarəti gücləndirməli olan layihəyə başlamaq barədə razılığa gəliblər.

Aİ-dən maliyyələşdirmədən imtinanın səbəbləri barədə rəsmi məlumat verilmir. Estoniya və Litvadan olan nümayəndələr artıq təşəbbüsün, o cümlədən milli büdcələr hesabına və ya digər tərəfdaşların dəstəyi ilə həyata keçirilməsinin alternativ yollarını nəzərdən keçirirlər.

Maliyyələşdirmənin geri çəkilməsi Estoniyada baş verən insidentlə eyni vaxta düşüb: belə ki, aprelin 5-də hakimiyyət milli təhlükəsizliyə təhdid hesab edilən Rusiya vətəndaşını ölkədən qovub.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью