Aİ bayrağı ilə ayaqqabısını sildi VİDEO

06.05.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Polşa prezidentliyinə namizəd Qrzeqorz Braun Avropa İttifaqının bayrağını ilə ayaqqabılarını silib.

"Unikal" xəbər verir ki, hadisəni əks etdirən video siyasətçi tərəfindən "X"da paylaşılıb. 

Hadisə Katovitse şəhərindəki Sənaye Nazirliyində baş verib. Belə ki, görüntülərdə siyasətçinin Aİ bayrağını endirməsi və  yerə atması anları əks olunub.

Daha sonra isə Braun bayrağın üzərinə çıxır və ayaqlarını silir.

"Bura Polşadır, Brüssel deyil!", - deyə o, paylaşımına yazıb. 

Gülayə Mecid 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью