Icma.az, Report.az portalına istinadən məlumat yayır. Avropa İttifaqı (Aİ) Gürcüstan və Rumıniya ərazisi ilə Azərbaycandan Avropaya “yaşıl e
Bu barədə “Report”a açıqlamasında Aİ-nin rəsmi nümayəndəsi bildirib.
O xatırladıb ki, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen 2022-ci ilin dekabrında Buxarestdə Macarıstan, Rumıniya, Gürcüstan və Azərbaycan arasında “yaşıl enerji” sahəsində tərəfdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması mərasimində iştirak edib.
"Avropa Komissiyası bu mühüm prosesdə müşahidəçi qismində iştirak edir.
Təşəbbüs çərçivəsində sualtı kabelin çəkilməsi ilə bağlı iddialı layihə və təmiz hidrogenin tədarükü üçün mümkün ticarət marşrutları daxil olmaqla daha geniş “yaşıl enerji” dəhlizinin yaradılması nəzərdə tutulur.
Biz digər ölkələrin bu təşəbbüsə qoşulmağa marağının artmasını alqışlayırıq", - agentliyin müsahibi bildirib.
Onun sözlərinə görə, “Black Sea Energy” layihəsi “EU Global Gateway” strategiyası çərçivəsində əsas layihədir ki, bu da beynəlxalq əməkdaşlıq aləti çərçivəsində Aİ tərəfindən maliyyələşdirilmək üçün imkanlar açır.
"Həmçinin 2024-cü ilin sonunda layihənin təşəbbüskarları onun Aİ-nin transsərhəd enerji infrastrukturu üçün "qarşılıqlı maraq doğuran layihələr" siyahısına (TEN-E reqlamenti) daxil edilməsi ilə bağlı müraciət ediblər.