“Aİ bu prosesi sabotaj etməməlidir” Macarıstandan ÇAĞIRIŞ

21.11.2025

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Macarıstanın xarici işlər naziri Peter Siyyarto Avropa İttifaqı ölkələrini ABŞ-nin Ukraynadakı münaqişənin dayandırılmasına yönəlmiş sülh təşəbbüsünü sabotaj etməməyə çağırıb.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, nazir çıxışı zamanı bildirilib ki, Avropa liderlərinin bu prosesə mane olmasının sülh imkanlarını zəiflətmiş olduğunu vurğulayıb.

“Biz Avropa siyasətçilərini ABŞ prezidenti Donald Trampın sülh planını baltalamamağa çağırırıq. Əgər Avropa liderləri son aylarda Trampın sülh səylərinə mane olmasaydılar, Ukraynada sülh üçün real şanslarımız olardı”, - deyə o qeyd edib.

Nazir plana dair mediada yayılan detallar arasında ən müsbət məqamlardan birinin Rusiyayla münasibətlərin bərpasına yönəlməsi olduğunu, dünyanın bloklara bölünməsi ideyasına qarşı çıxdığını bildirib.

Siyyarto həmçinin qeyd edib ki, Vaşinqton sülh planı üzərində işlədiyi və Budapeşt bu prosesə dəstək verdiyi halda, Brüsseldə Avropa liderləri Ukraynaya döyüşlərin davamı üçün əlavə 100 milyard avro ayırmağa hazırlaşırlar.

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью