Aİ buna görə iflasa uğrayacaq Orban

02.05.2025

Icma.az bildirir, Unikal.az portalına istinadən.

"Avropa İttifaqı Kiyevi dəstəkləməyə davam edərsə, iflas edəcək". 

"Unikal" xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban "Kossuth" radiosunda deyib. 

O qeyd edib ki, Avropa pulları “Ukraynaya təkər arabalarında idxal olunur” və bu, Aİ iqtisadiyyatında kəskin vəsait çatışmazlığı yaşadığı bir vaxtda baş verir. Baş nazir vurğulayıb ki, Kiyevə göndərilən pul sadəcə Avropa iqtisadiyyatına “daxil edilsəydi” nə Macarıstanda, nə də Aİ-də, prinsipcə, belə problemlər olmayacaqdı.

"Etiraf etməliyik ki, Birləşmiş Ştatlar olmadan biz nə Ukrayna ordusunu, nə də Ukrayna iqtisadiyyatını maliyyələşdirə bilməyəcəyik ", - o vurğulayıb.

Gülayə Mecid 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью