Aİ COVID 19 la mübarizə fondundan 335 milyard avronu müdafiə xərclərinə yönəldəcək

04.06.2025

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Avropa İttifaqı üzv dövlətlərə COVID-19 pandemiyasının nəticələrinin aradan qaldırılması məqsədilə yaradılmış Bərpa və Dayanıqlığın Gücləndirilməsi Fondundan 335 milyard avronu müdafiə layihələrinin maliyyələşdirilməsinə yönəltməyə icazə verib.

APA xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

Məlumata görə, Avropa Komissiyası proqramın icrası üçün son tarix olaraq 2026-cı ilin avqust ayını müəyyən edib.
Üzv ölkələr yalnız müəyyən tələbləri və hədəfləri yerinə yetirdikdən sonra fondun vəsaitlərinə çıxış əldə edə biləcəklər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью