Aİ də demoqrafik dayanıqlılıq üçün vahid yanaşma təklif olunur

02.07.2026

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Brüssel, 2 iyul, AZƏRTAC

Avropa İttifaqında (Aİ) doğum səviyyəsinin azalması və əhalinin qocalması fonunda demoqrafik dayanıqlılığın gücləndirilməsi üçün vahid strategiyanın hazırlanmasına çağırış edilib.

AZƏRTAC xəbər verir ki, “The Brussels Times” nəşrində dərc olunan xüsusi materialda bildirilir ki, bu məsələ yalnız səhiyyə deyil, həm də iqtisadi rəqabət qabiliyyəti, sosial həmrəylik və uzunmüddətli inkişaf baxımından strateji əhəmiyyət daşıyır.

Materialda qeyd olunur ki, Avropa Parlamentinin üzvü Gabriela Firea sonsuzluğun diaqnostikası və müalicəsinə çıxışı genişləndirmək məqsədilə Aİ səviyyəsində xüsusi maliyyə fondunun yaradılmasını təklif edib. Təşəbbüs süni mayalanma proqramlarının dəstəklənməsi, ailəyönümlü əmək siyasətinin təşviqi və uşaq baxımı xidmətlərinin genişləndirilməsini də nəzərdə tutur.

Müəlliflərin fikrincə, doğumun artırılması, aktiv qocalma və profilaktik səhiyyə tədbirləri vahid siyasət çərçivəsində həyata keçirilməlidir ki, bu da Avropanın gələcək iqtisadi və sosial dayanıqlığını gücləndirə bilər.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью