Icma.az, Yeniavaz saytına istinadən bildirir.
2024-cü ildə Avropa İttifaqında (Aİ) ümumi doğum nisbəti qadın başına 1,34 uşağa düşüb ki, bu da 2001-ci ildən bəri ən aşağı rekord göstəricidir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Eurostat” statistika xidməti məlumat yayıb.
Statistik xidmətin məlumatına görə, İspaniyanın 16 bölgəsində doğum nisbəti qadın başına bir uşaqdan aşağı olub.
Oxşar nisbətlər Polşanın yeddi, İtaliyanın beş, Yunanıstanın üç, Almaniyanın iki və Litvanın iki bölgəsində qeydə alınıb.
Ən yüksək rəqəm Bolqarıstanda (qadın başına 1,72 uşaq) və Fransada (qadın başına 1,61 uşaq) olub. Lakin heç bir Aİ ölkəsində doğum nisbəti əvəzedici səviyyəyə (qadın başına təxminən 2,1 uşaq) çatmayıb.
“Eurostat” valideynlərin etnik mənsubiyyətinə və ya miqrasiya statusuna görə bölgü təqdim etməyib. Lakin, doğum nisbətlərinin nisbətən yüksək olduğu Bolqarıstan və Fransada əhalinin əhəmiyyətli bir hissəsi müsəlmanlar və qaraçılar da daxil olmaqla ənənəvi olaraq çoxuşaqlı ailələrə malikdir.