Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Avropa İttifaqının (Aİ) diplomatik xidmətinin rəhbəri Kaya Kallas Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayeni diktator adlandırıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Politico" nəşri Avropanın adı açıqlanmayan yüksək vəzifəli rəsmisinə istinadən məlumat yayıb.
"Kallas fon der Lyayenin diktator olmasından şəxsi qaydada şikayət edir. Lyayenin Aİ-nin sabiq diplomatik rəhbəri Josep Borrel ilə münasibətləri yaxşı olmayıb. Lakin AK rəhbərinin Kallasla münasibətləri daha da pisdir".
Nəşr qeyd edir ki, Kallas kiçik dövləti - Estoniyanı təmsil etdiyindən, ispan Borrelin mövqeyi ondan daha üstün sayılıb.
Qeyd edək ki, Aİ-də iki məşhur qadının davası uzun müddətdir davam edir.