Aİ də uzaqmənzilli mərmi çatışmazlığı var

19.02.2025

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Avropa İttifaqı (Aİ) ölkələrinin orduları uzaqmənzilli mərmilərin kritik çatışmazlığı ilə üzləşiblər, bu da NATO-nun Avropadakı müdafiə potensialı üçün təhlükə yaradır.

Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti alyansın məmurlarına istinadla məlumat paylaşıb.

Nəşrin məlumatına görə, Aİ ölkələri hərbi logistika cəhətdən də böyük problemlərlə üzləşiblər. Bundan başqa, Avropa ölkələri vahid hava hücumundan müdafiə sistemini təmin edə bilmirlər.

Məmurlar bildiriblər ki, Aİ uzaqmənzilli mərmilərin və digər kritik silah sistemlərinin tədarükü məsələsində ABŞ-dən hədsiz dərəcədə asılıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью