Aİ dən ABŞ yə xəbərdarlıq: “Sərt şəkildə...” | Icma.az
Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen ABŞ-nin Avropadan polad və alüminium ixracına tətbiq etdiyi rüsumları dərindən təəssüflə qarşıladığını bildirib və Avropa İttifaqının bu addıma sərt şəkildə cavab verəcəyini açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, Brüsseldə verdiyi açıqlamada Fon der Leyen bildirib ki, Aİ-yə əsaslandırılmamış tariflər cavabsız qalmayacaq.
“Onlar qəti əks tədbirlərə səbəb olacaq. Aİ, öz iqtisadi maraqlarını qorumaq üçün hərəkət edəcək.
Biz işçilərimizi, müəssisələrimizi və istehlakçılarımızı qoruyacağıq”, - deyə Leyen vurğulayıb.
Səbinə Uğur "Cebheinfo.az" Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu