Banco.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Müəllif: Tamara Mustafayeva, Banco.az
Aİ-dən e-ticarətə yeni gömrük tənzimləməsi.
Banco.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) ölkələri elektron ticarət yolu ilə daxil olan məhsullara nəzarətin gücləndirilməsini və gömrük rüsumlarının daha effektiv toplanmasını nəzərdə tutan yeni gömrük qaydalarını təsdiqləyib.
Aİ Şurası üzv ölkələrin nümayəndələrinin Aİ-nin gömrük sistemində hərtərəfli dəyişiklikləri nəzərdə tutan tənzimləməni təsdiqlədiyini açıqlayıb.
Yeni qaydalara əsasən, Aİ xaricindən məhsul gətirərək Aİ ölkələrində satış həyata keçirən elektron ticarət platformaları idxalçı hesab ediləcək. Beləliklə, platformalar gömrük prosedurlarının həyata keçirilməsi, vergilərin ödənilməsi və məhsulların Aİ standartlarına uyğunluğunun təmin edilməsinə görə məsuliyyət daşıyacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!