Aİ dən Ermənistana yaşıl işıq

28.11.2025

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avropa İttifaqı Ermənistanı Aİ üzvlüyünə potensial namizəd kimi nəzərdən keçirir.

"Unikal" xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

"Bəlkə də Ermənistan növbəti Moldova olacaq", - deyə Avropa rəsmisi Kişinyovun Avropa İttifaqının assosiativ üzvü statusuna və Moldovanın bloka tam qoşulması ilə bağlı ötən il başlanan danışıqlara işarə edərək bildirib.

Məqalədə qeyd olunur ki, İrəvan və Bakı son zamanlar Brüssel ilə əlaqələri intensivləşdiriblər. Aİ Ermənistan və Azərbaycanla münasibətləri konstruktiv regional əməkdaşlığın inkişafı və Türkiyə ilə münasibətlərin möhkəmləndirilməsi üçün əsas hesab edir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью