Aİ dən Rusiya ilə bağlı sərt mövqe

01.09.2026

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Avropa İttifaqı (Aİ) Rusiyaya təzyiqin artırılması üçün birlik üzvü olan ölkələrlə birgə fəaliyyət göstərəcək.

Gununsesi.info xəbər verir ki, bunu Avropa Şurasının Prezidenti Antonio Koşta bildirib.

“Aİ güclü və vahid olaraq qalır və Rusiya qalib gəlməyəcək. Ukraynaya dəstəyimiz sarsılmazdır. Rusiya öz siyasətini dəyişməyə hazır olduğunu nümayiş etdirənədək təzyiqi artırmaq üçün Almaniya və digər üzv dövlətlərlə işləyəcəyik”, – deyə Koşta bildirib.

O, Almaniyanın Leypsiq hava limanında baş verən dron insidenti ilə bağlı Rusiyaya qarşı irəli sürdüyü ittihamları da şərh edib. Avropa Şurasının Prezidenti avropalıların Rusiyanın guya Leypsiq hava limanına pilotsuz uçuş aparatı ilə zərbə endirməyə cəhd etməsini “ən qəti şəkildə” pislədiyini bildirib.

Koşta Moskvanın Ukraynadakı münaqişəni başa çatdırmalı, onu “eskalasiya” etdirməməli olduğunu vurğulayıb.

Qeyd edək ki, sentyabrın 1-də Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt və xarici işlər naziri Yohann Vadeful Leypsiq hava limanında partlayıcı maddə daşıyan dronun aşkarlanması ilə bağlı insidentdə məsuliyyəti Rusiyanın üzərinə qoyub.

İnsidentlə əlaqədar Almaniya Xarici İşlər Nazirliyi Rusiyanın Berlindəki səfiri Sergey Neçayevi çağırıb. Vadeful həmçinin Almaniyanın Aİ-də rusiyalıların sanksiya siyahısının genişləndirilməsini təklif edəcəyini bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə Almaniyanın Leypsiq hava limanında dronun aşkarlanması ilə bağlı qəbul etdiyi bütün qərarlara Rusiyanın cavab verəcəyini açıqlayıb.

Xatırladaq ki, avqustun əvvəlində Leypsiq hava limanında partlayıcı maddə daşıyan pilotsuz uçuş aparatı aşkarlanıb. Dron Ukraynaya məxsus “An-124” yük təyyarəsinin yaxınlığında olub. Araşdırma nəticəsində PUA-nın təxminən 800 qram partlayıcı maddə daşıdığı müəyyən edilib. Detonatordakı nasazlıq səbəbindən partlayıcı qurğu işə düşməyib.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью