Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
Avropa İttifaqı (Aİ) Rusiyanın enerji sektoruna qarşı yeni sanksiyalar hazırlayır.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, 2021-ci ildən bəri Avropa İttifaqından Rusiyanın enerji sektoruna yönələn maliyyə axını 85 faiz azalıb.
Aİ Rusiyanın neft emalı zavodlarının bərpası üçün zəruri olan Avropadan asılı mal və xidmətlərinə çıxışını məhdudlaşdırır.
Eyni zamanda, Rusiyanın neft ixracını davam etdirməsinə yardım edən beynəlxalq gəmiçilik və donanma idarəçiliyi şirkətlərinə qarşı da sanksiyalar tətbiq edir.
Bildirilir ki, bu tədbirlər nəticəsində Rusiyanın enerji gəlirləri azalır, neft emalı infrastrukturunun bərpası çətinləşir və sanksiyalardan yayınmaq imkanları daralır.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin