Aİ dən Rusiyaya XƏBƏRDARLIQ “Ukraynaya təzminat ödənməsə...”

30.08.2025

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Rusiya Ukraynaya təzminat ödəmədən dondurulmuş aktivlərini geri ala bilməyəcək”.
Bizim.Media "Reuters"ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.
"Biz təsəvvür edə bilmirik ki, atəşkəs və ya sülh sazişi barədə qərar elan olunsa, bu aktivlər Rusiyaya Ukraynaya təzminat ödənilmədən qaytarılsın", - o vurğulayıb.
Qeyd edək ki, Aİ-nin məlumatlarına görə, Rusiyanın təxminən 210 milyard avro (245,85 milyard dollar) dəyərində aktivləri dondurulub.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью