Aİ diplomatiyasının yeni rəhbəri Ukraynaya qoşun göndərilməsini istisna etməyib

01.12.2024

Icma.az bildirir, Report.az saytına əsaslanaraq.

Avropa ölkələri mümkün atəşkəsi qorumaq üçün Ukraynaya qoşun yeridə bilər.

"Report"xəbər verir ki, bu barədə ANSA-ya Aİ diplomatiyasının yeni rəhbəri Kaya Kallas bildirib.

“Bu günə qədər hansı ölkələrin öz ordusunu Ukraynaya göndərməyə hazır olduğu müzakirə olunurdu, məncə, heç nəyi istisna etmək olmaz”, - siyasətçi deyib.

Kallasın sözlərinə görə, Avropa İttifaqı öz silahlı qüvvələrini bu ölkəyə göndərməklə Ukraynada atəşkəsin qorunmasında iştirak edə bilər.

Qeyd edək ki, Avropa Şurasının rəhbəri Antonio Kosta, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas və Aİ-nin genişlənmə üzrə yeni komissarı Marta Kos Kiyevdə səfərdədir.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью