Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Avropa ölkələri mümkün atəşkəsi qorumaq üçün Ukraynaya qoşun yeridə bilər.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. "Report" xəbər verir ki, bu barədə ANSA-ya Aİ diplomatiyasının yeni rəhbəri Kaya Kallas bildirib.
“Bu günə qədər hansı ölkələrin öz ordusunu Ukraynaya göndərməyə hazır olduğu müzakirə olunurdu, məncə, heç nəyi istisna etmək olmaz”, - siyasətçi deyib.
Kallasın sözlərinə görə, Avropa İttifaqı öz silahlı qüvvələrini bu ölkəyə göndərməklə Ukraynada atəşkəsin qorunmasında iştirak edə bilər.
Qeyd edək ki, Avropa Şurasının rəhbəri Antonio Kosta, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas və Aİ-nin genişlənmə üzrə yeni komissarı Marta Kos Kiyevdə səfərdədir.