Aİ dünya müharibəsi təhlükəsi barədə xəbərdarlıq edib

05.11.2024

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

"Üçüncü dünya müharibəsi təhlükəsi çox reallaşıb".

"Unikal" xəbər verir ki, bunu Avropa Şurasının rəhbəri Şarl Mişel Belçikanın "Soir" qəzetinə müsahibəsində bildirib.

Rəsmiyə görə, hazırda bütün dünya “son dərəcə təhlükəli an” yaşayır.

"Üçüncü Dünya Müharibəsi realdır, lakin biz bundan qaça bilərik və etməliyik. Tarixin axarını dəyişmək hələ də mümkündür", - deyə o qeyd edib.

Eyni zamanda, Mişel qarşıdurmanın başlayacağı təqdirdə hansı dövlətlərin cəlb oluna biləcəyini dəqiqləşdirməyib.

Gülayə Mecid


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью