Aİ Ermənistan sənədi: Avropanın ABŞ ın Cənubi Qafqazdakı sülh gündəliyinə kölgə salmaq cəh…
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Dekabrın 2-də Avropa İttifaqı (Aİ) və Ermənistan arasında “Ermənistan–Aİ tərəfdaşlıq üçün strateji gündəm” sənədi imzalanıb.
Ermənistan Xarici İşlər Nazirliyi bildirir ki, 64 səhifəlik bu sənəd ikitərəfli əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur.
Sənədi sırf əməkdaşlıq çərçivəsini deyil, həm də tərəflərin gələcək siyasi kursunun geosiyasi konturlarını müəyyən edən proqram sənədidir.
Sənəddə iqtisadi islahatlar, demokratik idarəçilik və siyasi inteqrasiya ilə bağlı hədəflər təqdim olunsa da, bir sıra müddəalar regiondakı sülh prosesinə zərər vurmaq potensialına malikdir.
Sənədin 4-cü səhifəsində bir zamanlar Qarabağda məskunlaşmış ermənilərin könüllü şəkildə Ermənistana köçməsini “didərgin salınmaq” ifadəsi ilə verilməsi yanlış və tamamilə absurddur.
Bu proses Ermənistan tərəfindən Qarabağda yaradılmış qanunsuz rejimin rəhbərlərinin təşviqi və Ermənistan dövlət büdcəsindən maliyyələşdirilən strukturların məqsədyönlü fəaliyyəti nəticəsində bu proses könüllü şəkildə həyata keçirilib.
Bu kontekstdə Aİ-nin “köçkün/qaçqın” terminində tərəddüd etməsi belə, məsələni geosiyasi çərçivəyə salmaq məqsədi güdür.
Tam oxu
Xəbəri oxu