Aİ “Google” şirkətinin başqa müəssisəni almasına razılıq verib

11.02.2026

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 11 fevral, AZƏRTAC

Avropa İttifaqı “Google” şirkətinin kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış “Wiz” şirkətini almasına razılıq verib.

AZƏRTAC xəbər verir ki, Avropa Komissiyasının yeganə şərti bu alışın ittifaqda rəqabət problemi yaratmamasıdır.

“Google” şirkəti “Wiz”i almaq üçün 2 ilə yaxındır danışıqlar aparırdı. Nəhayət, tərəflər bir neçə ay əvvəl razılığa gələ bilib. Ötən ay isə ABŞ hökuməti bu alqı-satqıya razılıq verib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью