Aİ Gürcüstana qarşı əlavə tədbirləri nəzərdən keçirəcək Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

10.12.2024

Icma.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.

Avropa İttifaqı dekabrın 16-da keçiriləcək Xarici İşlər Nazirləri Şurasının iclasında Gürcüstana qarşı əlavə tədbirləri nəzərdən keçirəcək.

Bu barədə Aİ-nin saytında dərc edilmiş bəyanatda bildirilib.

Qeyd olunub ki, 2 həftədir davam edən etirazlar zamanı Gürcüstan vətəndaşı polisin qanunsuz və qəddar müdaxiləsi ilə üzləşib, 400-dən çox şəxs saxlanılıb, 300-dən çoxu zorakılığa və pis rəftara məruz qalıb.

"Biz "Gürcü Arzusu”nu gərginliyi azaltmağa və gürcü xalqı üçün ağır xərclər gətirən bu mühitə son qoymağa çağırırıq. Zorakılıq etirazçıların Gürcüstanın demokratik və Avropa gələcəyi ilə bağlı tələblərinə cavab deyil”.

///APA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью