Aİ hərbi xidmətdə olan ukraynalıların ölkəyə girişini məhdudlaşdıracaq

13.07.2026

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avropa İttifaqı iyul ayında hərbi xidmətdə olan Ukrayna vətəndaşlarının girişinə məhdudiyyətlər qoymağı və onların müdafiəsindən imtina etməyi elan etməyə hazırlaşır.

Bakıvaxtı.az "Rzeczpospolita" qəzetinə istinadən xəbər verir ki, bu barədə Polşa Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, yalnız səfərbərliyə məruz qalmadıqlarını sübut edə bilən Ukrayna vətəndaşları AB-də "müvəqqəti qoruma" ala biləcəklər. 

"Ukrayna vətəndaşlarına müvəqqəti qoruma verilməsi qaydalarına düzəliş edilməsi üzrə işlər başa çatmaq üzrədir. Polşa bu qərarları dəstəkləyir" - məlumatda vurğulanıb.

Qeyd edək ki, hazırda Polşada 18-65 yaşarası 218 000 ukraynalı kişi müvəqqəti qorunmadan istifadə edir.

Gülşən Şərif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью