Aİ hibrid avtomobillərin idxalına kvota tətbiq edəcək

24.11.2026

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Avropa Birliyi ölkələri 1 dekabr 2026-cı ildən hibrid nəqliyyat vasitələrinin idxalına müvəqqəti kvotalar tətbiq edəcək.

Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu, Avropa Komissiyasının sənədlərində yer alıb.

Avropa Komissiyası qərarı yerli avtomobil sənayesini qorumaqla izah edir. Komissiyanın məlumatına görə, son vaxtlar Aİ-yə hibrid avtomobil idxalı kəskin artıb və bu, Avropa istehsalçılarına ciddi ziyan vurmaq təhlükəsi yaradır.

Qəbul edilmiş məhdudiyyətlərin 1 dekabr 2026-cı ildən 18 iyun 2027-ci ilədək qüvvədə olacağı bildirilir.

Gülşən Şərif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью