Aİ iki ölkəyə Ukraynaya yardımla bağlı təzyiq göstərəcək

31.08.2026

Icma.az, Baku.ws saytına istinadən bildirir.

Yunanıstan və İspaniya Ukraynaya kifayət qədər hərbi yardım göstərmədikləri üçün Avropa İttifaqının təzyiqi ilə üzləşə bilərlər.

BAKU.WS xəbər verir ki, bu barədə "Politico" nəşri Aİ-dəki diplomatik mənbələrə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Ukraynaya əhəmiyyətli sayda raketdən müdafiə sistemləri və ələkeçirici raketlər göndərməyən ölkələr, o cümlədən Yunanıstan və İspaniya bu həftə keçiriləcək görüşlərdə təzyiqlə qarşılaşacaqlar.

Aİ-yə üzv ölkələrin xarici işlər və müdafiə nazirlərinin görüşlərinin bu həftə İrlandiyada keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Slovakiyanın Baş naziri Robert Fitso avqustun 29-da Aİ-nin Ukraynaya dəstək siyasətini tənqid edərək, birliyin bu istiqamətdə böyük strateji səhvə yol verdiyini bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью