Aİ ilə bağlı qanun AİB və Rusiya ilə münasibətlərdə riski artırmır Paşinyan

12.02.2025

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Ermənistanın baş naziri Nikol Paşinyan ölkə parlamentinin “Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında” qanun layihəsini təsdiqləməsinin Avrasiya İqtisadi Birliyi (AİB) və Rusiya ilə münasibətlərdə riskləri artırmadığını hesab edir.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, o, bu barədə parlamentdə çıxışında bildirib.

“Hamımız bilirik ki, çoxlu risklərimiz var. Amma bu qərar bu risklərin heç birini daha da riskli etmir, əksinə, bu, bir çox riskləri idarəolunan edir”, - deyə o, deputatın sualını cavablandırıb və qəbul edilən qanunu hökumətinin balanslaşdırılmış siyasətinin sübutu adlandırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью