Aİ İranın daxili işlər naziri və Baş prokuroruna sanksiya tətbiq edib

29.01.2026

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avropa İttifaqı Şurası İranın daxili işlər naziri Eskəndər Momeni, Baş prokuror Mohəmməd Movəhhedi Azad və SEPAH-ın bölgələr üzrə komandirlərinə sanksiya tətbiq edib.

APA Avropa İttifaqının saytına istinadən xəbər verir ki, 15 şəxs və 6 qurum sanksiyaya məruz qalıb.

Məlumata görə, sanksiyalar son etiraz aksiyaları zamanı “İranda insan haqlarının ciddi şəkildə pozulması halları” ilə əsaslandırılıb.

Rusiyaya hərbi yardıma görə isə əlavə olaraq 4 şəxs və 6 quruma sanksiya tətbiq edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью