Azvision saytından alınan məlumata görə, Icma.az bildirir.
Bu barədə Avropa İttifaqının (Aİ) Genişlənmə Siyasəti üzrə Ali Komissarı Marta Kos Belçikanın paytaxtı Brüssel şəhərində erməni jurnalistlərə müsahibəsində danışıb. O, oxşar nümunə timsalında Moldovanın "təcrübə"sini diqqətə çatdıraraq xatırladıb ki, cari ilin sentyabrında Rusiya bu ölkədə parlament seçkilərini dezinformasiya və kiberhücumlarla pozmağa cəhd göstərmişdi:
"Gələnilki seçkilər ərəfəsində baş verə biləcək oxşar hücumlarla mübarizə məqsədilə Ermənistana 12 milyon avro yardım ayırmağa hazırıq. Dəstəyimiz sayəsində Ermənistanın müvafiq dövlət təşkilatları hücum təhlükələrini daha effektiv proqnozlaşdıra, qarşısını alıb cavab verə biləcəklər".
Marta Kosun sözlərinə görə, yardım təkcə hökumətin yox, eyni zamanda, vətəndaş cəmiyyəti və medianın ixtiyarın verilə bilər: "Müxtəlif təhlükələrə qarşı mübarizədə onların da rolu çox vacibdir".
Firudin Həmidli
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. "Gələnilki seçkilər ərəfəsində baş verə biləcək oxşar hücumlarla mübarizə məqsədilə Ermənistana 12 milyon avro yardım ayırmağa hazırıq. Dəstəyimiz sayəsində Ermənistanın müvafiq dövlət təşkilatları hücum təhlükələrini daha effektiv proqnozlaşdıra, qarşısını alıb cavab verə biləcəklər".
Marta Kosun sözlərinə görə, yardım təkcə hökumətin yox, eyni zamanda, vətəndaş cəmiyyəti və medianın ixtiyarın verilə bilər: "Müxtəlif təhlükələrə qarşı mübarizədə onların da rolu çox vacibdir".
Firudin Həmidli
AzVision.az