Aİ İrəvanla Bakı arasında sülh də maraqlı deyil Deputat

16.12.2025

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Avropa İttifaqı Ermənistanla tərəfdaşlığı heç də bölgədə dayanıqlı sülhə xidmət etmir.

Ölkə.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Elman Nəsirov deyib. 

“Aİ ilə Ermənistan arasında imzalanan sənəddə hərbi cinayətlərin azad olunması əksini tapmaqla yanaş, "Tramp marşurutu" məsələsi təhrif olunub. Həmin siyasi dairələr sülh müqaviləsinin bağlanmasında maraqlı deyillər, yaxud vaxtı uzatmaq istəyirlər. Bu da Avropa ilə əks mövqedə olan Moskva və Tehranın maraqları ilə üst-üstə düşür. Çünki İran və Rusiya da Zəngəzurda reallaşacaq "Tramp marşrutu"na qarşı çıxırlar. Bir yandan Avropa İttifaqı, digər yandan bu ölkələr Zəngəzur dəhlizinin açılmasına maneə törədirlər. Lakin Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsindən belə halların qarşısı alınacaq, Azərbaycanın sülh təşəbbüsü reallaşacaq”, - deputat qeyd edib.

Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью