Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Avropa Komissiyası İslandiyada referendumun nəticələrinə çox təmkinli tonda reaksiya verib. Referenduma əsasən, islandların əksəriyyəti Aİ-yə qoşulmaqla bağlı danışıqları bərpa etməkdən imtina etdi.
Məlumatı “Euronews” verib.
Brüsseldən gələn mesaj qısa olub: “Avropa Komissiyası İslandiyadakı referendumun nəticələrini nəzərə alır. Komissiya İslandiya xalqının seçiminə hörmətlə yanaşır. İslandiya Avropa Birliyinin yaxın tərəfdaşı olaraq qalır”.
Avropa İttifaqı Şurasının prezidenti António Costa, İslandiyanın Baş naziri Kristrún Frostadóttir (inteqrasiya tərəfdarı) ilə mesaj mübadiləsi aparıb və onun sözçüsü bildirib ki, “hər iki lider Aİ ilə İslandiya arasında münasibətləri daha da gücləndirmək istəklərini ifadə etdilər”.
Frostadóttir əvvəllər bildirmişdi ki, seçicilər onu rədd edərsə, Aİ üzvlüyü məsələsini səlahiyyət müddətinin qalan hissəsi üçün gündəmdən tamamilə çıxaracaq. Bununla belə, o, “əhalinin 47%-nin Aİ-yə qoşulmaqda maraqlı olduğunu” və bu mövqeyə Avropa inteqrasiyası əleyhdarlarının qələbəsi qədər hörmət edilməli olduğunu vurğulamışdı.
P.ƏMİRCANOV
XQ