Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.
Bizimyol.info xəbər verir ki, “Politico” nəşrinin avropalı diplomatlara istinadən yaydığı məlumata görə, avqustun 3-də keçirilən müzakirələr gərgin atmosferdə keçib. Madrid hökuməti Aİ-nin digər paytaxtlarının miqrasiya böhranına reaksiyasını tənqid edərək, məsələ ilə bağlı “bir qədər sərt” mövqe nümayiş etdirib.
Bəzi Aİ ölkələri isə hesab edir ki, İspaniyanın əvvəlki miqrasiya siyasəti miqrant axınının artmasına səbəb olub. Diplomatlardan biri bildirib ki, avqustun 4-də Aİ ölkələrinin daxili işlər nazirlərinin videokonfransı zamanı Seutada baş verən hadisələr və böhrandan çıxarılan nəticələr müzakirə olunacaq.
İyulun sonunda on minlərlə qeyri-qanuni miqrant Mərakeşdən İspaniyanın muxtar şəhəri Seutaya üzərək və iki ərazini ayıran maneəni keçərək daxil olmağa çalışıb. Mərakeş Daxili İşlər Nazirliyinin məlumatına görə, sərhədi keçərkən 11 nəfər ölüb və təxminən 40 min miqrant Seutaya daxil olmağa nail olub.
İspaniya hökuməti isə şəhərə çatmağa çalışan azı 72 nəfərin həyatını itirdiyini açıqlayıb.
Seuta hökumətinin rəhbəri Xuan Xesus Vivasın sözlərinə görə, kütləvi axından sonra hazırda şəhərdə 3 mindən 5 minədək miqrant qala biləcəyi etimal edilir.
Bizimyol.info