Icma.az, Banco.az portalına istinadən məlumatı açıqlayır.
Müəllif:Mehin Qasımova,Banco.az
Avropa İttifaqı (Aİ) Komissiyası İspaniyanın Seuta şəhərində qeyri-qanuni miqrant axınının artması ilə əlaqədar ölkəyə 114,7 milyon avro təcili maliyyə yardımı göstəriləcəyini açıqlayıb.
Banco.az xəbər verir ki, Aİ Komissiyasının məsələ ilə bağlı yazılı açıqlamasında maliyyə dəstəyinin 30 və 31 iyul tarixlərində Seutada baş verən genişmiqyaslı qeyri-qanuni sərhəd keçidlərindən sonra ayrıldığı bildirilib.
Aİ-nin ayırdığı vəsait çərçivəsində sərhəd nəzarəti və mühafizəsinin gücləndirilməsi, təhlükəsizlik infrastrukturunun təkmilləşdirilməsi, həmçinin əlavə işçi qüvvəsi və avadanlıqların bölgəyə yerləşdirilməsi planlaşdırılır.
Məlumata görə, 30 və 31 iyul tarixlərində təxminən 70 min qanunsuz miqrant Mərakeşin Fnideq sahillərindən Şimali Afrikanın sahilində yerləşən İspaniyanın Seuta şəhərinə üzərək keçməyə çalışıb.
İspaniya hökuməti Seutaya qeyri-qanuni miqrant axınının kəskin artmasından sonra bölgədə təhlükəsizliyi təmin etmək məqsədilə silahlı qüvvələri əraziyə yerləşdirmək qərarına gəlib.